BAKI, 18 fevral. TELEQRAF
Xəbər verdiyimiz kimi, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XX turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Teleqraf-ın məlumatına görə, Rəhim Həsənov “İmişli” – “Qarabağ” matçında qonaqların futbolçusu Kadi Borgesin qırmızı vərəqə aldığı epizodu da şərh edib.
O, qarşılaşmanın baş hakimi Cavid Cəlilovun doğru qərar verdiyini bildirərək, braziliyalı futbolçunun hərəkətini “təcavüzkar davranış” adlandırıb.
Teleqraf sözügedən epizodun yeni görüntülərini əldə edib. Görüntülərdən də aydın olur ki, “Qarabağ”ın legionerinin rəqibinə qarşı hər hansı təcavüzkar davranışından söhbət belə gedə bilməz. Məsələ ilə bağlı AFFA İntizam Komitəsinin qərarı maraqla gözlənilir.
Həmin videonu təqdim edirik: