Qəbələ, 16 fevral. TELEQRAF

“Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsi oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu, belə olmalıdır ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. "Neftçi" və "Qarabağ" köklü klublardır. Biz daha çox özümüzə köklənirik. "Qarabağ"ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belə olan halda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini şərh edib: “Əvvəlcə hər iki komandanı bu cür oyun münasibətilə təbrik edirəm. “Qəbələ” həqiqətən də çox yaxşı komandadır. Turnir cədvəlində daha yaxşı yerlərə layiqdirlər. Birinci hissədə bir neçə epizod oldu, amma dəyərləndirə bilmədik. İkinci qolu da vura bilərdik. Oyunun son 10 dəqiqəsi bizim üçün çox çətin keçdi. “Qəbələ” 1 xala layiq idi. Amma bizim qapıçımız çox yaxşı qurtarış etdi. Növbəti oyunlara hazırlaşacağıq”.

Baş məşqçi matçın 87-ci dəqiqəsində rəqibin qolunun qeydə alınmadığı epizoda da münasibət bildirib: “Həqiqətən də oyunun sonlarınsa bizim qapıçımızın da qurtarışı vardı, onu da qeyd etmək lazımdır. Bizim dayandığımız yerdən baxanda rəqibin əllə oynadığı görünürdü. Yenə də VAR-dan daha yaxşı görünür. Düzdür, VAR bəzən sənin lehinə, bəzən də əleyhinə işləyir. Məsələn, “Sumqayıt”la oyunda VAR bizim əleyhimizə işlədi. Demək olar, iki qolumuzu ləğv etdilər. Halbuki, kamerdan görülməmişdi. Bəzən belə hallarda bəxtin gətirir, bəzən də yox. Mən özüm VAR azarkeşi deyiləm. Son 10 dəqiqə rəqib üstün idi. Hakimin səhvini çıxsaq, biz alışdığımız “Sabah” deyildi. Hakim oyuna 5-6 dəqiqə əlavə etsəydi, fərqlənən tərəf yəqin ki, “Qəbələ” olacaqdı. Bu səhvlərimizin hamısını Bakıya qayıtdıqdan sonra təhlil edəcəyik”.

Damrauskas “Qarabağ”la çempionluq mübarizəsindən də söz açıb: “Qarşıda 13 oyun var. Biz heç kimlə çempionluq yarışında deyilik. Düzdür, məqsədimiz çempionluqdur. Biz özümüz-özümüzlə yarışırıq. Heç kimlə rəqabət aparmırıq. Nəyin necə olacağı mayda bilinəcək”.

Mütəxəssis Millətlər Liqasında Azərbaycan millisini Litva ilə rəqib olması barədə də fikirlərini bildirib: “Həmişə harada işləyirəmsə maraqlı və qəribə təsadüflə üzləşirəm. Bolqarıstanda və Kiprdə işləyərkən eyni qrupa düşdük, indi Azərbaycanda da Litva ilə eyni qrupa düşdük. Əsas savaş hər iki komanda arasında olacaq. Amma daha çox hansı oyunçuların bu görüşə gələcəyi və necə hazır olacağı önəmlidir. Çünki çox keyfiyyətli futbolçuları olsa da, onlarln hər hansı biri zədə alsa bu, komamdaya ciddi təsir göstərir. Məsələn “Tsele”də çıxış edən çox yaxşı hücumçumuz var, o hazırda ağır zədə alıb. Ona görə, kim ən yaxşı “11-liy”i seçsə, daha maraqlı qarşılaşma görəcəyik. Xırda detallar oyunun taleyini həll edəcək. Düzdür, Azərbaycan millisinin heyətində təcrübəli, “Qarabağ”da çıxış edən oyunçular var. Amma Litvanı da unutmayaq. Litva da gənc, uğura ac komandadır. Çox yaxşı məşqçilər heyəti var. Bu oyuna hazırlaşarkən mənə ehtiyacları olmayacaq. Onlar bura gələnə qədər tamamilə hazır olacaqlar. İki gərgin oyun bizi gözləyir”.