BAKI, 13 fevral. TELEQRAF
Ağır çəki dərəcəsində çıxış edən nigeriyalı döyüşçü Muhəmməd Usman UFC-dən kənarlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Roster Tracker" portalı məlumat yayıb.
36 yaşlı idmançının adının rəsmi siyahıdan çıxarılmasına səbəb onun antidopinq qaydalarını pozmasıdır. Məlumata görə, Usman dopinq testindən keçə bilmədiyi üçün 2 il 6 ay müddətinə bütün yarışlardan diskvalifikasiya edilib.
Qeyd edək ki, Muhəmməd Usman sonuncu döyüşünü 2025-ci ilin iyununda Bakıda keçirilən "UFC: Döyüş Gecəsi" turniri çərçivəsində reallaşdırıb. Həmin qarşılaşmada o, Hamdi Abdulvahabı hakimlərin yekdil qərarı ilə məğlub edib.