BAKI, 13 fevral. TELEQRAF

Braziliya Futbol Konfederasiyası millinin baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb.

İtaliyalı mütəxəssis daha 4 il "samboçular"ı çalışdırmağa razılıq verib.

Ançelotti hazırda Braziliya milli komandasında ildə təxminən 10 milyon avro qazanır.

Qeyd edək ki, Karlo Ançelotti 2025-ci ilin mayından bəri Braziliya seçməsinin baş məşqçisidir.