BAKI, 8 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIX turunun növbəti oyunu “Sumqayıt” və “Zirə” komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbə qazanıb.
“Kimyaçılar”dan Nikola Ninkoviç (26-cı dəqiqə) və Aleksander Ramallinqom (50) fərqləniblər. “Qartallar”ın qollarını isə Davit Volkov (24), Qismət Alıyev (36) və Giorgi Papunaşvili (88) vurublar.
Bununla da “Zirə” xallarının sayını 32-yə çatdıraraq üçüncü sıraya yüksəlib. “Sumqayıt” 30 xalla beşincidir.
Qeyd edək ki, turun digər oyunları 9-10 fevralda keçiriləcək.