BAKI, 30 yanvar. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Turun açılış oyununda “Karvan-Yevlax” - Sumqayıt”ı qəbul edəcək.

Yevlax şəhər stadionunda təşkil olunacaq görüş saat 14:30-da start götürəcək.

Digər qarşılaşma isə “Qəbələ” və “İmişli” arasında baş tutacaq.

Qəbələ şəhər stadionunda reallaşacaq matçın start fiti saat 17:00-da səslənəcək.

Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XVIII tur

30 yanvar

14:30. “Karvan-Yevlax” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov

VAR: İnqilab Məmmədov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Yevlax şəhər stadionu.

17:00. “Qəbələ” – “İmişli”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu.