BAKI, 23 yanvar. TELEQRAF

“Qarabağ”ın qış transfer pəncərəsi üçün yeni transfer hədəfi bəlli olub.

Teleqraf “Fotbolltransfers.com” saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Danimarkanın “Orhus” klubunun futbolçusu Kevin Yakobla maraqlanır.

“Köhlən atlar” 25 yaşlı yarımmüdafiəçini transfer pəncərəsinin sonuna qədər heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Kevin Yakob İraq millisinin üzvüdür. “Transfermarkt” portalı onun dəyərini 600 min avro qiymətləndirir.