BAKI, 21 yanvar. TELEQRAF

"Karvan-Yevlax" üç futbolçusu ilə yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Nika Çaçaşvili, Qabil Əlizadə və Vitor Huqo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, "Karvan-Yevlax" 16 turdan sonra 6 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.