BAKI, 20 yanvar. TELEQRAF
İspaniyanın “Real Madrid” komandası Səudiyyə Ərəbistanından olan klubdan futbolçusu Vinisius Junior üçün 230 milyon avroluq təklif alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.
Madrid təmsilçisi qarşı tərəfə braziliyalı hücumçunun qış transfer pəncərəsində satılmayacağını bildirib.
Hazırda 25 yaşı olan Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 29 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib. Vinisiusun “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.