BAKI, 20 yanvar. TELEQRAF

“Barselona” yay transfer dönəmində “Atletiko Madrid”in argentinalı futboçusu Xulian Alvaresi heyətinə qatmağa çalışacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Sport.es”nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya təmsilçisi 25 yaşlı hücumçunu əldə etmək üçün bütün imkanlarını səfərbər edəcək. Transfermarkt portalı futbolçunun bazar qiymətini 100 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, cari mövsümdə Alvares bütün turnirlərdə 27 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.