BAKI, 19 yanvar. TELEQRAF
“Beşiktaş”ın və Türkiyə millisinin futbolçusu Orkun Kökçü karyerasını Rusiyada davam etdirə bilər.
Teleqraf TASS-a istinadən xəbər verir ki, “Zenit” 25 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.
Rusiya klubunun “Beşiktaş”ın qapısını 30 milyon avronu aşan rəsmi təkliflə döydüyü və siyah-qaralara “rədd edilə bilməyəcək” bir paket təqdim etdiyi bildirilir. Kökçü isə heç cür ayrılmağı düşünmədiyini Prezident Serdal Adalı və baş məşqçi Sergen Yalçına bildirib.
Qeyd edək ki, “Beşiktaş”a Orkun Kökçünü mövsümün əvvəlində 25 milyon + 5 milyon avro bonus ödəyərək “Benfika”dan transfer etmişdi.