BAKI, 19 yanvar. TELEQRAF
Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt Frankfurt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununa satılan biletlərin sayı açıqlanıb.
Teleqraf Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək 24500 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.