BAKI, 19 yanvar. TELEQRAF

Afrika Millətlər Kuboku turnirinin final matçı başa çatıb.

Teleqraf xəbər verir ki, 90 dəqiqəsi 0:0 bitən matçda Seneqal millisi uzatma dəqiqələrində vurduğu qolla kuboka sahib olub.

01:20

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kuboku turnirinin final matçında qalmaqal yaşanıb.

Teleqraf xəbər verir ki, finalda meydan sahibləri Mərakeş millisi ilə Seneqal millisi üz-üzə gəlib.

Görüşün sonuna artırılmış əlavə dəqiqələrdə Seneqal millisinin qapısına penalti təyin edilib. Bu qərarla razılaşmayan Seneqal millisi etiraz əlaməti olaraq meydanı tərk edib. Bəzi seneqallı futbolçular isə oyunun davam etdirilməsinə istəyiblər.

Seneqal futbolçularının narazılığına səbəb penalti epizodundan əvvəl vurulan qolun qeydə alınmaması olub. Hakim həmin epizodda qoldan əvvəl qayda pozuntusu qeydə alaraq Seneqalın qolunu ləğv edib. Bu qərar komandada ciddi narazılıq yaradıb. Ardınca Mərakeşin xeyrinə penalti təyin olunması etirazları daha da gücləndirib. Buna baxmayaraq, baş hakim qərarını dəyişməyib.

Mərakeş millisinin ulduz futbolçusu Brahim Diaz penaltini dəqiq yerinə yetirə bilməyib. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb və qarşılaşma əlavə vaxtlarda davam etdirilir.