BAKI, 17 yanvar. TELEQRAF

İspaniyanın “Barselona” klubunun futbolçusu Dro Fernandes karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirəcək.

Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı Paris klubu ilə artıq razılıq əldə edilib.

Dro üçün müəyyənləşdirilən sərbəstqalma məbləği 6 milyon avrodur.Həmçinin “Çelsi”, “Mançester Siti” və Dortmund “Borussiya”sı da futbolçunu heyətinə qatmaqda maraqlı olub.

Qeyd edək ki, Dro Fernandes cari mövsüm “Barselona”nın heyətində 5 oyuna çıxıb.