BAKI, 15 yanvar. TELEQRAF

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi baş məşqçi Alvaro Arbeloanı yaxın vaxtlarda istefaya göndərə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.

“Kral klubu” İspaniya Kubokundakı uğursuzluqdan sonra Arbeloaya daha bir oyunluq şans vermək niyyətindədir.

Komanda yanvarın 17-də La Liqanın XX turunda “Levante”ni məğlub edə bilməsə, Arbeloa göndəriləcək.

Qeyd edək ki, Alvaro Arbeloanın debüt matçında “Real Madrid” İspaniya Kubokunun 1/8 final mərhələsində gözlənilməz şəkildə “Albasete”yə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.