BAKI, 13 yanvar. TELEQRAF
İngiltərənin "Nyukasl Yunayted" klubu futbolçusu Sven Botmanla müqaviləsini yeniləyib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı müdafiəçi ilə müddəti 2030-cu ilin yayına qədər olan sözləşmə imzalayıb.
26 yaşlı oyunçu 2022-ci ildən yayından "Nyukasl Yunayted"in şərəfini qoruyur.
Qeyd edək ki, Sven Botman cari mövsüm ərzində 17 oyunda iştirak edib.