BAKI, 10 yanvar. TELEQRAF

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.

Teleqraf insayder Nikilo Skiraya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Əl-İttifak” klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq.

Beləliklə, italyan futbolçu karyerasında ilk dəfə Avropadan kənarda çıxış edəcək.

Qeyd edək ki, Balotellinin son komandası isə İtaliyanın “Cenoa” klubu olub, onu 2025-ci ilin yayında azad agent kimi tərk edib. O, karyerası ərzində “Mançester Siti”, “İnter” və “Adana Demirspor” kimi klublarda forma geyinib.