BAKI, 6 yanvar. TELEQRAF
İtaliyanın "Roma" komandası müdafiəçi Canluka Mançini ilə yarımmüdafiəçi Brayan Kristantenin müqaviləsini yeniləyəcək.
Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, paytaxt təmsilçisi hər iki futbolçu ilə tam razılıq əldə edib.
29 yaşlı Mançini 2020-ci ilin sentyabrından "Roma"da çıxış edir. Onun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. 2025/26 mövsümündə o, 24 matçda bir qol vurub və bir məhsuldar ötürmə edib.
30 yaşlı Kristante isə 2019-cu ilin iyulundan "canavarlar"ın şərəfini qoruyur. Onun da sözləşməsi 30 iyun 2027-ci ilə qədərdir. Kristante bu mövsüm 22 oyunda iştirak edib, bir qol və bir məhsuldar müəllifi olub.
Qeyd edək ki, "Roma" 18 oyundan sonra 33 xalla A Seriyasının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.