BAKI, 30 dekabr. TELEQRAF
İtaliyanın "Yuventus" klubu qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Teleqraf məşhur insayder Canluka Di Martsioya istinadən xəbər verir ki, Turin təmsilçisinin bu mövqe üçün əsas namizədi İngiltərənin "Vest Hem" klubunun futbolçusu Qido Rodriqesdir.
"Qoca sinyora" argentinalı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir.
"Yuventus" həmçinin İspaniyanın "Real Madrid" komandasından Qonzalo Qarsiyanı da heyətinə qatmağa çalışacaq. "Ağ-qaralar" ispaniyalı forvardı Kənan Yıldızın mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Qeyd edək ki, "Yuventus" 17 oyundan sonra 32 xalla A Seriyasının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.