BAKI, 26 dekabr. TELEQRAF
İspaiyanın "Real Madrid" klubu İtaliyanın "Komo" komandasından futbolçu Niko Pası geri qaytarmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə AS məlumat yayıb.
"Kral klubu" keçmiş oyunçusunu 2026-cı ilin yayında 9 milyon avroya satın alacaq.
Pas 2024-cü ildə "Real Madrid"dən 6 milyon avro qarşılığında "Komo"ya keçib. İki mövsümdən az müddətdə 21 yaşlı argentinalı İtaliya təmsilçisində 51 oyunda meydana çıxıb, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.