BAKI, 16 dekabr. TELEQRAF
İspaniya təmsilçisi “Barselona” Almaniyanın "Borussiya Dortmund” klubunun norveçli futbolçusu Yulian Ryersonu transfer edə bilər.
Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı müdafiəçini Jül Kundenin əvəzedicisi kimi nəzərdən keçirir.
Artıq Ryersonun nümayəndələri ilə ilkin danışıqlar aparılıb. Lakin tərəflər arasında hələlik konkret razılaşma yoxdur.
Transfermarkt portalı oyunçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Ryersonun “Borussiya” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bununla belə, futbolçu yay transfer pəncərəsində klubunu dəyişməyə qarşı deyil.