BAKI, 17 sentyabr. TELEQRAF
Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Məlumata görə, mübadilə Rusiya-Belarus sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsində baş tutub.
Rusiya Ukraynaya 252 - Ukrayna isə Rusiyaya 23 hərbçinin meyitini təhvil verib.