BAKI, 15 dekabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XV turunda "İmişli" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə hesabı 29-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Dieqo Almeyda açıb. Matçın 39-cu dəqiqəsində isə Vadim Abdullayev fərqlənərək tarazlığı bərpa edib.
Bu nəticədən sonra Jorj Kaşkilyanın rəhbərlik etdiyi komanda 16 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alıb. Fizuli Məmmədovun kollektivi isə 6 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun son matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. "Palms Sport Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.