BAKI, 14 dekabr. TELEQRAF
İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Diogo Dalotu transfer etmək istəyir.
Teleqraf “TEAMtalk”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar" 26 yaşlı müdafiəçini satmağa hazırdır.
Məlumata görə, Almaniya “Bavariya"sı ilə və İspaniyanın digəf təmsilçisi “Atletiko Madrid" də Dalotla maraqlanır.
Qeyd edək ki, Dioqo Dalot bu mövsüm 14 oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.