BAKI, 14 dekabr. TELEQRAF
İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Osasuna”nı qəbul edib.
Teleqraf xəbər verir ki, görüş katalonların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini Rafinyanın vurduğu qollar həll edib. Braziliyalı yarımmüdafiəçi 70-ci və 86-cı dəqiqələrdə fərqlənərək komandasına üç xal qazandırıb.