BAKI, 13 dekabr. TELEQRAF

Braziliyanın “San-Paulu” klubunun məşhur futbolçusu Oskar peşəkar karyerasını vaxtından əvvəl başa vurmağa məcbur olub.

Teleqraf “Goal” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı futbolçuda ürəklə bağlı problemlərin aşkarlanması ilə əlaqədardır.

Bu səbəbdən o, noyabrın 12-də xəstəxanaya yerləşdirilib. Oskar huşunu itirib və ona ürək ritmi ilə arterial təzyiqə təsir edən “vazovaqal bayılma” diaqnozu qoyulub.

Həkimlər sağlamlığı üçün riskləri nəzərə alaraq futbolçuya peşəkar səviyyədə çıxışlarını dayandırmağı tövsiyə ediblər.

Qeyd edək ki, 2012-2017-ci illərdə “Çelsi”dəki çıxışı ilə tanınıb.