BAKI, 12 dekabr. TELEQRAF

“Real Madrid” klubunun rəhbərliyi hücumçu Vinisius Juniorun yeni müqavilə üzrə şərtlərini daha da yaxşılaşdırmayacaq.

Teleqraf xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi bu barədə 25 yaşlı braziliyalı futbolçunun nümayəndəsinə məlumat göndərib.

Bildirilib ki, ya Vinisius ona əvvəl təqdim olunan müqaviləni imzalayacaq, ya da 2026-cı ilin yayında satışa çıxarılacaq.

Transfermarkt portalı Vinisiusun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, futbolçunun “Real”la mövcud müqaviləsi 2027-ci ilin iyununun sonuna qədər qüvvədədir. Cari mövsümdə braziliyalı hücumçu klub səviyyəsində 28 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.