BAKI, 12 dekabr. TELEQRAF

Uruguaylı hücumçu Luis Suares yeni mövsümdə də “Inter Mayami” klubunda oyna bilər.

Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, amerikalılar ilin sonunda başa çatacaq müqaviləni yeniləmək üçün hazırda onunla danışıqlar aparırlar.

Daha öncə 38 yaşlı futbolçunun karyerasını başa vurmağı düşündüyü bildirsə də, Mayami klubunun həmsahibi Xorxe Mas, karyerasını klubda davam etdirib-etdirməyəcəyinin Suarezdən asılı olacağını söyləmişdi.