BAKI, 12 dekabr. TELEQRAF
Azərbaycan UEFA reytinqində 22.250 xalla 26-cı pillədəki mövqeyini qoruyub.
Teleqraf xəbər verir ki, siyahı “Qarabağ”ın bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə uduzduğu oyundan sonra yenilənib.
Türkiyə 47.925 xalla reytinqdə 9-cu yerdə qərarlaşıb. Ümumilikdə 55 ölkənin yer aldığı siyahıya 104.005 xala malik İngiltərə başçılıq edir.