SUMQAYIT, 9 dekabr. TELEQRAF
“Mənim üçün ciddi nəsə yaşanmadı”.
Bunu Teleqraf-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Azərbaycan Premyer Liqasının XIV turunda "İmişli"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra rəqibin oyunçusu İbrahim Əliyevlə arasında yaranan gərginliyi şərh edərkən deyib.
“Başa düşmədim ki, üstümə niyə gəldi. Azərbaycanca danışmağa başladı və məni vurmağa çalışdı. Mən də onu itələdim. Ona dedim ki, gəl, futbolumuzu oynayaq. Onların məşqçisi də üstümə gəldi. O da dalaşmaq istəyirdi. Bu, futbol deyil, belə olmur. Onu da kənara itələdim. Oyundan sonra İbrahim Əliyev yenidən üstümə gəldi. Nə danışdığını anlamırdım. İddia edir ki, onu təhqir etmişən. Amma məni necə başa düşə bilər? Fransızca danışır, yoxsa ingiliscə? Hansı dildə onu təhqir etmişəm? Mən azərbaycanda danışa bilmirəm. Sadəcə əsəbi idi. Üstümə gəlirdi. Mən də onu itələdim. Ola bilər ki, uduzduqları üçün belə davranırdı. Bu, mənim problemim deyil. Dalaşmaq istəyirdisə, oyundan sonra gələrdi. Danışmaq istəyirdisə, gələrdi söhbət edərdik. Amma özünü göstərməyə gərək yox idi. Kimsə məni söyməyibsə, heç vaxt onu təhqir etmərəm. Hamı gördü ki, o, mənim üstümə gəldi. Mən ona nəsə demədim. Ola bilər ki, penaltini qaçırdığı üçün əsəbini cilovlaya bilmədi”, - deyə madaqaskarlı forvard bildirib.