SUMQAYIT, 9 dekabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIV turunun son oyununda “Sumqayıt” “İmişli”ni qəbul edib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma “kimyaçılar”ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda yeganə qolu 83-cü dəqiqədə Rüstəm Əhmədzadə vurub.
Bununla da “Sumqayıt” xallarının sayını 26-ya çatdıraraq 4-cü pilləyə yüksəlib. “İmişli” 15 xalla doqquzuncudur.
Qeyd edək ki, növbəti turun oyunları 13-15 dekabrda keçiriləcək.