BAKI, 8 dekabr. TELEQRAF
“Real Madrid” Xabi Alonso ilə yollarını ayıra bilər.
Teleqraf “El Mundo”ya istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsində “Mançester Siti”yə məğlub olarsa, vəzifəsindən kənarlaşdırıla bilər.
Alonso işdən çıxarıldığı halda komandaya Zinədin Zidan və ya Yurgen Klopp rəhbərlik edə bilər.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2025-ci ilin mayından bəri “Real”ın baş məşqçisidir. “Real Madrid” - “Mançester Siti” oyunu sabah baş tutacaq.