BAKI, 8 dekabr. TELEQRAF
“Real Madrid” 8 ildən sonra “Selta”ya ilk dəfə uduzub.
Teleqraf xəbər verir ki, bu, madridlilərin ötən gün La Liqanın XV turunda öz meydanında keçirilən oyunda 0:2 hesabı ilə məğlub olduqdan sonra baş verib.
Bu, “kral klubu”nun rəqibə qarşı son 8 ildə ilk yenilgisi kimi tarixə düşüb.
“Real” son dəfə 2017-ci ildə İspaniya Kubokunun 1/4 final mərhələsində “Selta”ya 1:2 hesabı ilə uduzmuşdu. Həmin vaxtdan bəri komanda rəqiblə oyunlarda 19 matçlıq məğlubiyyətsiz seriya yaxalamışdı.
Qeyd edək ki, hazırda madridlilər La Liqanın turnir cədvəlində 36 xalla ikinci sırada qərarlaşaraq lider “Barselona”dan 4 xal geri qalırlar.