BAKI, 7 dekabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIV turunun növbəti oyunu “Karvan-Yevlax” və “Şamaxı” komandaları arasında baş tutub.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Şirlər”dən Oruc Məmmədov (59-cu dəqiqə), Kərim Rossi (71) və Dioqo Balau (82) fərqlənib.
Bununla da “Şamaxı” xallarının sayını 17-yə çatdıraraq 7-ci pilləyə yüksəlib. “Karvan-Yevlax” 5 xalla sonuncudur.
Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.