BAKI, 6 dekabr. TELEQRAF

“Real Madrid” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferindən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Madrid klubunun qərarının əsas səbəbləri ispaniyalı futbolçunun yüksək transfer qiyməti, yaşı və tez-tez sağlamlıq problemləri göstərilir. Bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi ötən ilin sentyabrında dizindəki ön çarpaz bağın qırılmasından sonra hələ tam bərpa olunmayıb və optimal fiziki formaya qayıda bilməyib.

Rodrinin yerinə “Real” diqqətini İngiltərənin “Kristal Pelas” klubundan Adam Uorton və Niderlandın “AZ Alkmar” komandasında çıxış edən Kes Smitə yönəldib.

Qeyd edək ki, cari mövsümdə Rodri “Mançester Siti”də səkkiz matç keçirib və bu müddətdə heç bir fərqlənmə göstərə bilməyib.