QƏBƏLƏ, 4 dekabr. TELEQRAF
“Aşağı liqa komandalarına qarşı bütün oyunlar çətin olur. Rəqib daha çox müdafiədə oturdu. Bizim kimi komandaların oturuşmuş müdafiəyə qarşı oynaması həmişə çətinlik yaradır”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov deyib.
20 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Şəfa” üzərində 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlmələri barədə danışıb: “Kubok oyunlarında motivasiya həmişə bir az fərqli olur. “Şəfa” da yaxşı komandadır. Bir az çətinliyimiz oldu”.
Ətraflı videoda: