BAKI, 2 dekabr. TELEQRAF
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Eduardo Kamavinqa mövsümün sonunda komandasını dəyişə bilər.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "kral klubu"ndakı durumundan razı deyil.
O, daha çox oyun təcrübəsi qazana biləcəyi komandaya keçmək niyyətindədir. 23 yaşlı oyunçunu İngiltərənin "Liverpul" klubu yaxından izləyir.
Mersisayd təmsilçisi Kamavinqa üçün "Real Madrid"ə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən "Real Madrid"in şərəfini qoruyur. O, cari mövsüm ərzində iştirak etdiyi 14 oyunda bir qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.