BAKI, 25 noyabr. TELEQRAF

İspaniyanın "Real Madrid" klubu ciddi itki ilə üzləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua sıradan çıxıb.

Belçikalı futbolçuya mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub. O, komandasının UEFA Çempionlar Liqasının V turu çərçivəsində Yunanıstanda "Olimpiakos"la keçiriləcək oyununu buraxacaq

Qeyd edək ki, Tibo Kurtua cari mövsüm ərzində 17 matçda iştirak edib.

"Olimpiakos" - "Real Madrid" görüşü noyabrın 26-da keçiriləcək.