BAKI, 22 noyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək.

Baş hakim Rəvan Həmzəzadənin idarə edəcəyi görüş saat 15:00-da başlanacaq.

Digər oyun isə “Zirə” və “Qəbələ” arasında olacaq. Zirə İdman Kompleksində baş tutacaq qarşılaşmanı Elvin Bayramov idarə edəcək. Oyunun start fiti saat 17:30-da eşidiləcək.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XII tur

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Məmmədov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. “Zirə” – “Qəbələ”

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zirə İdman Kompleksinin stadionu