BAKI, 21 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Teleqraf xəbər verir ki, turun açılış oyununda "Karvan-Yevlax" və "Kəpəz" komandaları qarşılaşıb.

Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Rauf Cabarovun idarə etdiyi matçda hesabı 14-cü dəqiqədə "sarı-göylər"in hücumçusu Paçu açıb.

31-ci dəqiqədə isə meydan sahibi komandanın cinah oyunçusu Araz Abdullayev hesabı bərabərləşdirib.

Qarşılaşmanın 77-ci dəqiqəsində qonaqların müdafiəçisi Rauf Hüseynli penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Bununla da "Kəpəz" xallarının sayını 6-ya çatdıraraq 10-cu sıraya yüksəlib. "İmişli" 5 xalla sonuncu pilləyə düşüb.

Qeyd edək ki, günün digər matçı "Sumqayıt" və "Qarabağ" arasında baş tutacaq. Oyun saat 19:00-da start götürəcək.