BAKI, 21 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçında “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək. Ot örtüyü dəyişdirilmiş Yevlax şəhər stadionda təşkil olunacaq görüş saat 14:00-da start götürəcək.
Günün digər oyunu isə “Sumqayıt” və “Qarabağ” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XII tur
21 noyabr
14:00. “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayevа
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00