BAKI, 28 oktyabr. TELEQRAF

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya və Azərbaycan – Fransa oyunlarının biletləri satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, biletlərin qiyməti 5-200 manat aralığında dəyişir.

Biletləri aşağıdakı linklərə daxil olaraq əldə edə bilərsiniz:

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda, Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.