BAKI, 26 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Teleqraf xəbər verir ki, turun ilk oyununda “İmişli” “Zirə”ni qəbul edib.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 24-cü dəqiqədə meydan sahibi komandasının futbolçusu Dioqo Rollo açıb. “Qartallar”ın qolunu isə 80-ci dəqiqədə Davit Volkov vurub.

Bununla da “Zirə” xallarının sayını 12-yə çatdıraraq liderliyini qoruyub. “İmişli” isə 8 xalla 5-cidir.

Qeyd edək ki, tura sentyabrın 28-də yekun vurulacaq.