BAKI, 7 sentyabr. TELEQRAF

İtaliya millisinin və “Liverpul”un futbolçusu Federiko Kyeza karyerasını Türkiyə təmsilçisi “Beşiktaş”da davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Türkiyə klubu təklifini göndərsə də, tərəflər tam anlaşa bilməyib. İngiltərə klubu italiyalı vingerin icarəsinə yox, yalnız tam transferinə razıdır.

Qeyd edək ki, cari mövsümdə Kyeza bütün turnirlərdə 3 oyunda iştirak edib və 1 qolla yadda qalıb. Daha əvvəl “Liverpul” Çempionlar Liqasının əsas mərhələsi üçün Kyezanın adını iştirak ərizəsinə salmayıb.