BAKI, 20 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Ferentsvaroş” – “Qarabağ” görüşündən başqa daha 2 qarşılaşma keçirilib.
Teleqraf xəbər verir ki, səfərdə oynayan komandalar uğurlu nəticə əldə ediblər.
“Brügge” Şotlandiyada “Qlazqo Reyncers”i, “Pafos” Serbiyada “Sevena Zvezda”nı məğlub edərək, mərhələ adlamaq şanslarını artırıblar.
Pley-off mərhələninin ilk oyunları çərçivəsində digər görüşlər avqustun 20-da baş tutacaq.
19 avqust
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
23:00 “Srvena Zvezda” (Serbiya) – “Pafos” (Kipr) – 1:2
23:00 “Qlazqo Reyncers” (Şotlandiya) – “Brügge” (Belçika) – 1:3
23:00 “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) – 1:3