BAKI, 19 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasında I tura “Zirə” - “Araz-Naxçıvan” oyunu ilə yekun vurulub.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksində baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada ilk qolu 45+1-ci dəqiqədə “qartallar”ın futbolçusu İssa Cibrila vurub.
Matçın 65-ci dəqiqəsində isə “qırmızı-ağlar”ın üzvü Bəxtiyar Həsənalızadə hesabı bərabərləşdirib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "Neftçi" isə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" "İmişli"yə 1:0, “Sumqayıt” isə “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazanıb. "Sabah" - "Qarabağ" görüşü təxirə salınıb.