BAKI, 13 iyul. TELEQRAF

Braziliyanın “Atletiko Mineyro” klubunun futbolçusu Halk baxımlı qola imza atıb.

Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu Braziliya çempionatının 13-cü turunda səfərdə “Baiya” klubuna 1:2 hesabı ilə məğlub olduqları oyunda fərqlənib.

O, 90+1-ci dəqiqədə künc zərbəsindən topu birbaşa qapıya göndərib.

Qeyd edək ki, Halk 2021-ci ildən “Atletiko Mineyro”da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 27 oyunda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.