BAKI, 9 iyul. TELEQRAF
Rusiyada polis əməkdaşları futbol hakimi Boqdan Qolovkonu saxlayıblar.
Teleqraf “RBC Sport”a istinadən xəbər verir ki, ədalət təmsilçisini rəsmi idman yarışının nəticələrinə qeyri-qanuni təsir göstərdiyinə görə (CM-nin 184-cü maddəsi) 7 ilədək həbs cəzası gözləyir.
İstintaqla tanış olan mənbənin məlumatına görə, Qolovko bu il mayın 24-də KAMAZ-la görüşdə (1:1) Moskva “Torpedo”sunun xeyrinə bilərəkdən səhvə yol verib.
Bu, Birinci Liqanın sonuncu, 34-cü turunun oyunu olub və Rusiya Premyer Liqasına yüksələcək komandaların müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət kəsb edib.
Həmin qarşılaşmada Qolovko iki dəfə “Torpedo”nun qapısına penalti təyin etməmək qərarına gəlib.