BAKI, 25 iyun. TELEQRAF

Uruqvay millisinin sabiq qapıçısı Fernando Muslera karyerasını Argentina çempionatında davam etdirəcək.

Teleqraf xəbər verir ki, 39 yaşlı qolkiper “Estudiantes” klubuna keçib.

Təcrübəli qapıçı ilə 1,5 illik - 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb.

Xatırladaq ki, Muslera 2011-2025-ci illərdə Türkiyənin "Qalatasaray" klubunun əsas qapıçısı olub. Bu yay qapıçının İstanbul təmsilçisi ilə müqaviləsi başa çatıb.