BAKI, 24 iyun. TELEQRAF

İspaniyanın "Barselona" klubu 2024/25 mövsümünü maliyyə qiymətləndirməsi baxımından uğurla başa vurub.

Teleqraf "Transfermarkt" portalına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Hansi Flikin rəhbərliyi altında üç daxili yarışda qalib gəlib və UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.

"Barselona" bu uğurun sayəsində 2024-cü il sentyabrın 1-dən Avropada heyətinin bazar dəyərini ən çox artıran kluba çevrilib.

"Barsa"nın heyətinin dəyəri 190 milyon avro artıb ki, bu da bir Avropa klubunun bu müddət ərzində əldə etdiyi ən yüksək göstəricidir. İkinci artımı Fransa təmsilçisi PSJ göstərib - 176 milyon avro, üçüncü nəticə Portuqaliyanın "Sportinq" komandasında olub - 118 milyon avro.

TOP-10-da 73 milyon avroluq artımla Türkiyə çempionu "Qalatasaray" da yer alıb.